Saakaşvili bədən çəkisinin 39,3%-ni itirib
Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili bədən çəkisinin 39,3%-ni itirib.
Bu barədə Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında endokrinoloq Lali Cavaşvili bildirib. O, M. Saakaşvilinin səhhətində kliniki kaçexia və malabsorbsiya yarandığını və intensiv şəkildə çəki itirdiyini qeyd edib.
Həkim Sakaşvilinin vəziyyətinin ciddi olduğunu və onda digər simptomların da yarandığını bildirib.
Lali Cavaşvilinin sözlərinə görə, M. Saakaşvilinin çəkisi 45 kiloqram azalaraq 115 kiloqramdan 69 kiloqrama düşüb.