İrakli Qaribaşvili Avstriya Respublikasının Federal Kansleri Karl Nehammer ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avstriya Respublikasının Federal Kansleri Karl Nehammer ilə görüşüb.

Hökumət administrasiyasında keçirilən təkbətək görüşdə iki ölkə arasında ikitərəfli gündəliyin əsas istiqamətləri və mövcud səmərəli əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub.

Görüş zamanı Avstriya Federal Kanslerinin Gürcüstana səfərinin əhəmiyyəti vurğulanaraq, bu səfərin Avstriya Respublikasının Gürcüstana güclü dəstəyini təsdiqlədiyi və Gürcüstanı Avstriyanın mühüm geostrateji tərəfdaşı kimi təqdim etdiyi qeyd edilib.

Baş nazirin sözlərinə görə, Gürcüstan və Avstriya Respublikası arasında ümumi Avropa dəyərlərinə və maraqlarına əsaslanan sıx dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur.

Görüşdə Qafqaz regionu ilə Avropanı birləşdirən Qara dəniz sualtı elektrik kabelinin tarixi layihəsi də müzakirə olunub. Layihənin strateji əhəmiyyəti vurğulanıb.

Söhbətdə Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi irəliləyişlərə toxunulub. İrakli Qaribaşvili Gürcüstanın Avropaya inteqrasiyası, suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə Karl Nehamerə təşəkkür edib.