“Alyans” Gənclər Mərkəzi müsabiqə elan edir

Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzi müsabiqə elan edir.

Müsabiqə haqqında ətraflı məlumatı təqdim edirik:

2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Həmin Sərəncamı rəhbər tutaraq mərkəz tərəfindən Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı rəsm müsabiqəsi elan edilir.

Müsabiqədə iştirak üçün şərtlər:
  • Gürcüstanda yaşayan yaşı 15-dən böyük olan hər kəs müsabiqədə iştirak edə bilər.
  • Müsabiqədə iştirak etmək istəyən şəxslərdən mövzü üzrə rəsm əsərlərini 25 aprel 2023-cü il tarixinədək mərkəzə (ünvan: Tbilisi ş, Kazbeki pr. 44,6-cı mərtəbə) təqdim edə bilərlər.

Onu da bildirək ki, Heydər Əliyevin portretini çəkən şəxslər arasında ən yaradıcı rəsm əsərinə malik olanlar “Alyans” Gənclər Mərkəzi tərəfindən diplom və müxtəlif hədiyyələrlə, həmçinin digər müsabiqə iştirakçıları isə sertifikatlarla təltif olunacaqlar.

Müsabiqə ilə bağlı ətraflı məlumat almaq istəyən şəxslər mərkəzin +995 574 757 577 nömrəsi ilə əlaqə saxlaya bilərlər.