Gürcüstanın Xalq artisti vəfat edib

Gürcüstanın Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, tanınmış aktyor Cemal Ğağanidze 89 yaşında vəfat edib.

Bu barədə məlumatı onun çalışdığı Rustaveli Teatrı yayıb.

Aktyorun vəfatı ilə əlaqədar Gürcüstanın Baş naziri İrakli Qaribaşvili onun yaxınlarına və həmkarlarına başsağlığı verib.

1956-cı ildən Rustaveli teatrında çalışmış Cemal Ğağanizde müxtəlif teatr tamaşaları ilə yanaşı 20 dən çox filmdə rol alıb.