Türkiyənin ticarət naziri: “Ermənistanla sərhədlər Azərbaycanın hüquqlarının qorunacağı təqdirdə açılacaq”
“Ermənistanla sərhədlər Azərbaycanın hüquqlarının qorunacağı təqdirdə açılacaq”.
RealNews TRT Haber-ə istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Mehmet Muş deyib.
“Azərbaycanın bu məsələdə hüquqları qorunmalıdır. Ermənistanla münasibətlər normallaşandan sonra sərhədlər açıla bilər. Bizim işimiz texniki infrastrukturu hazırlamaqdır”, – nazir əlavə edib.