Türkiyədə zəlzələdə ölən Gürcüstan vətəndaşlarının sayı 2-yə çatıb

Türkiyədə baş vermiş zəlzələ nəticəsində daha bir Gürcüstan vətəndaşının həlak olduğu açıqlanıb.

Bu barədə Gürcüstanın Türkiyədəki səfirliyi məlumat yayıb.

“Gürcüstanın Türkiyə Respublikasındakı səfirliyinə daha bir Gürcüstan vətəndaşının zəlzələ nəticəsində həlak olması barədə məlumat daxil olub”, – səfirliyin məlumatında qeyd olunub. Bununla da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirən Gürcüstan vətəndaşlarının sayı 2-yə çatıb.