Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasının yeni rəhbəri Tbilisiyə gəlib
Avropa İttifaqının (Aİ) Gürcüstandakı Monitorinq Missiyasının (AİGMM) yeni rəhbəri Dimitrios Karabalis vəzifəsinin icrası məqsədilə Tbilisiyə gəlib.
Bu barədə məlumatı AİGMM yayıb. Dimitrios Karabalis missiyanın vəzifəsinin Gürcüstanda və regionda sabitliyi təşviq etmək olduğunu bildirib.
Qeyd edək ki, yunanıstanlı diplomat 1986-cı ildən Yunanıstan Xarici İşlər Nazirliyində (XİN) Rusiya, Ukrayna, Moldova, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə fəaliyyət göstərib.
O, 2017-ci ildən 2021-ci ilədək Yunanıstanın Gürcüstandakı səfiri olub.