Dünya bazarında qızıl ucuzlaşıb: Gürcüstanda da qiymətlər aşağı düşüb
Dünya bazarlarında qızılın qiymətində azalma müşahidə olunur. Son ticarət əməliyyatlarının nəticələrinə əsasən, qiymətli metalın bir troya unsiyasının dəyəri gün ərzində 160 ABŞ dolları azalaraq 3 524 dollara düşüb.
Qızılın qiyməti gün ərzində 4,33%, son bir ayda 8,91%, illik müqayisədə isə 9,46% ucuzlaşıb.
Qiymətlərin enməsi Gürcüstanın yerli bazarında da özünü göstərib.
Belə ki, hazırda ölkədə 999 əyarlı qızılın 1 qramı 312 lariyə təklif olunur. Halbuki son günlər bu göstərici 324 lari təşkil edirdi.
750 əyarlı qızılın 1 qramının qiyməti 243 laridən 234 lariyə, 585 əyarlı qızılın qiyməti isə 189 laridən təxminən 182 lariyə düşüb.
Bizi WhatsApp – da izləyin.