Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin Xarici əlaqələr komitələrinin növbəti iclası Türkiyədə keçiriləcək

Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin Xarici əlaqələr komitələrinin 9-cu iclası Türkiyədə keçiriləcək.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç məlumat verib.

Onun sözlərinə görə, bu barədə qərar hər üç ölkə parlamentinin Xarici əlaqələr komitələrinin Tbilisidə keçirilən 8-ci iclasında qəbul olunub.

A.Ç.Kılıç deyib ki, bundan əvvəl Ankarada hər üç ölkənin parlament sədrlərinin görüşü nəzərdə tutulub.