Nikoloz Samxaradze: Azərbaycan, Gürcüstan və Türkiyə arasında nümunəvi münasibətlər mövcuddur
Gürcüstan, Azərbaycan və Türkiyə parlamentlərinin Xarici əlaqələr komitələrinin Tbilisidə keçirilən 8-ci görüşü mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri Parlamentin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze söyləyib.
“Bu format olduqca önəmlidir. Çünki bu formatda biz strateji tərəfdaşlarımız olan Azərbaycan və Türkiyə ilə sıx əlaqədəyik. Biz bu görüşdə üç ölkəni birləşdirən mühüm mövzular haqqında müzakirələr apardıq. Onlar arasında birinci sırada regionun təhlükəsizliyi gəlir. Bu məsələ hamımız üçün çox vacibdir. Bizim üçün iqtisadi, ticari, turizm və enerji mövzuları da xüsusi əhəmiyyət kəsb edir və biz bu mövzularda çox səmərəli müzakirələr apardıq. Ümid edirəm, bunun nəticəsini hamımız görəcəyik”, – deyə N.Samxaradze vurğulayıb.
O, məmnuniyyətlə qeyd edib ki, üç ölkə arasında olan münasibətlər istər siyasi baxımdan, istərsə də ticari baxımdan nümunəvi münasibətlərdir.