Salome Zurabişvili Antonio Quterreş ilə görüşüb

Gürcüstan Prezidenti Salome Zurabişvili Nyu-Yorkda BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

Bu barədə Prezident administrasiyası məlumat yayıb.

Bildirilib ki, görüş zamanı regiondakı mövcud vəziyyət, Ukraynadakı müharibə, Qara dəniz təhlükəsizliyi və Gürcüstanın işğal olunmuş ərazilərdəki vəziyyətə dair müzakirə aparılıb.