Blinkenin köməkçisi Gürcüstanda müzakirə edilən “xarici agentlər” qanununu tənqid edib
ABŞ Dövlət Katibinin köməkçisi Todd Robinson Gürcüstan parlamentində müzakirə edilən “xarici agentlər” qanununu tənqid edib.
RealNews xəbər verir ki, Tod Robinson jurnalistlərə açıqlamasında qanunun daha çox Rusiyanın maraqlarına cavab verdiyini və ölkənin Avro-Atlantik inteqrasiya xəttinə uyğun gəlmədiyini bildirib.
“Aydındır ki, bu qanun Rusiyanın maraqlarına əsaslanır və Gürcüstanın Avro-Atlantik (inteqrasiya) istiqamətində yaxından işləmək maraqlarına cavab vermir. Biz bunun Gürcüstan üçün doğru şey olduğunu düşünmürük, ən əsası, gürcülər bunun onlar üçün yaxşı olmadığını düşünürlər”, – deyə Todd Robinson bildirib.