Qardabanidə Novruz Bayramı qeyd olunub – FOTO

Bu gün Qardabanidə Novruz Bayramı qeyd olunub.

Rayonun mərkəzi parkında təşkil edilən bayram tədbirində tarixi eksponatlar, müxtəlif əl işləri, eləcə də səməni və şirniyyatlar sərgilənib.

Tədbirdə Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Doxturişvili, parlament deputatları Savalan Mirzəyev, Zaur Darğallı, Kaxa Koberidze, Qardabani şəhər meri Davit Karqareteli, müavini Fuad Mirzəyev, Sakrebulo sədri Mixeil Qedexauri, müavini Samir Xiyalov,  eləcə də digər rəsmilər, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Dövlət rəsmiləri ilk öncə rəmzi olaraq bayram tonqalını alovlandıraraq, Novruz bayramı münasibətilə öz təbriklərini və arzularını çatdırıblar.

Məlumat üçün onu da bildirək ki, bayram tədbiri çərçivəsində müxtəlif yarışlar təşkil olunub. Qaliblər rayon rəhbərliyi tərəfindən mükafatlanırılıblar.