Tbilisidə Novruz bayramı qeyd olunub – FOTO

Gürcüstanda yaşayan Azərbaycanlı məktəbli-gənclər mədəniyyət mərkəzində Novruz bayramına həsr edilmiş tədbir keçirilib. Tədbir mərkəzin nəzdində fəalliyət göstərən “Ceyran” Azərbaycan milli rəqs ansamblının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Tbilisi Bələdiyyəsinin üzvləri, eləcə də digər dövlət rəsmiləri,  Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Bayram tədbirində “Ceyran” Azərbaycan milli rəqs ansamblının üzvləri  müxtəlif rəqslər ifa ediblər. Çıxışlar qonaqlar tərəfindən alqışla qarşılanıb.

Sonda ansamblın bütün üzvləri sertifikatla təltif olunublar.