Bolnisidən olan 9 yaşlı uşaq iki gündür ki, itkin düşüb

Ötən gün 11:00 radələrində Bolnisi rayonundan olan 9 yaşlı oğlan uşağı itkin düşüb.

Bu barədə onun yaxınları məlumat veriblər.

Belə ki, səhər saatlarında uşaq Kvemo Bolnisi (Kəpənəkçi) kəndi ərazisində yerləşən çay ətrafına gedib, daha sonra isə onu görən olmayıb.

Onun yaşıl gödəkçə, qara kurtka və ağ şarvalda olduğu bildirilir.

Hazırda uşağın valideynləri və hüquq-mühafizə orqanlarının əməkdaşları onun axtarışlarını davam etdirirlər.

Görən şəxslərdən 598 30 24 96 nömrəsi ilə və ya 112 qaynar xətti ilə əlaqə saxlamaları xahiş olunur.