Bolnisidə itkin düşmüş uşaq tapılıb

İki gündür ki, Bolnisidə itkin düşmüş 9 yaşlı uşaq Muşevani (Dəllər) kəndində tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Hazırda uşağın yaxşı olduğu və səhhətində heç bir problemin müşahidə edilmədiyi bildirilib.