Analena Berbok sabah Gürcüstana səfərə gəlir

Almaniyanın xarici işlər naziri Analena Berbok sabah Gürcüstana səfər edəcək.

Almaniyanın Gürcüstandakı səfirliyindən verilən məlumata əsasən, Berbok martın 24-dək davam edəcək səfəri çərçivəsində Prezident Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İliya Darçiaşvili ilə görüşəcək.

Analena Berbokun həmçinin, Gürcüstanın vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri ilə də görüşləri planlaşdırılıb.

Məlumatda qeyd edilib ki, səfərin məqsədi ölkələr arasında sıx və birbaşa əlaqələr yaratmaq, Gürcüstanın Avropa perspektivi üçün əməkdaşlığı dərinləşdirməkdir.