İliya Darçiaşvili Almaniyalı həmkarı ilə görüşüb – FOTO

Xarici işlər naziri İliya Darçiaşvili Tbilisidə səfərdə olan Almaniyanın xarici işlər naziri Analena Berbokla görüşüb.

Nazirlikdə davam edən görüşdən sonra mətbuata birgə açıqlama veriləcək.

Qeyd edək ki, Analena Berbok artıq Gürcüstanın qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirib.

O, hökumət başçısı İrakli Qaribaşvili və Prezident Salome Zurabişvili ilə də görüşlər planlaşdırıb.