Analena Berbok Salome Zurabişvili ilə görüşüb – FOTO
Tbilisidə səfərdə olan Almaniyanın xarici işlər naziri Analena Berbok Prezident Salome Zurabişvili ilə görüşüb.
Orbeliani sarayında baş tutmuş görüş zamanı tərəflər Gürcüstanın avrointeqrasiyasına dair müzakirələr aparıblar. Söhbət zamanı Prezident Salome Zurabişvili bildirib ki, gürcü xalqı Aİ-nin namizəd statusu ilə bağlı ikinci dəfə rədd cavab verməsini qəbul edə bilməyəcək və özünü tərk edilmiş hiss edəcək.
Zurabişvili Gürcüstanın avrointeqrasiya istəklərinin dəstəklənməsində Almaniyanın rolunu vurğulayıb.
Berbok isə əvəzində Gürcüstanı və gürcü xalqını Aİ-də görmək istədiyini qeyd edib.