Marneulidə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib -FOTO
Marneulidə fəaliyyət göstərən”Azərbaycan Evi”ndə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü ilə 31 Mart Azərbaycanlıların soyqırım gününə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə GAİM-in icraçı direktoru Murad Muradov açdıqdan sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçıları soqırımla bağlı lenta alınmış sənədli və bədii filmlər izləyiblər.
Onu da bildirək ki, tədbirin sonunda mərkəzin tarix müəlliməsi Nərgiz Nəbiyevanın moderatorluğu ilə tarixi hadisə ilə bağlı interaktiv müzakirələr aparılıb.