“Alyans” Gənclər Mərkəzində 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib – FOTO
Tbilisidəki “Alyans” Gənclər Mərkəzində 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir zamanı ilk öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən mərkəzin icraçı direktoru Rəna Hüseynova mərkəzin müxtəlif kurslarında təhsil alan tələbələrə Soyqırım günü barədə ətraflı məlumat verib.
“1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.” – deyə Rəna Hüsyenova bildirib.
Tədbirdə çıxış edən mərkəzin sədri Leyla Əmrahova da minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirildiyini, Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insanın evindən-obasından didərgin düşdüyünü diqqətə çatdırıb.
Tədbir 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş açıq dərslə davam etdirilib.