Ukrayna Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Çerniqov vilayətinə işgüzar səfəri çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç ilə görüşüb.

“RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti dəftərxanasının mətbuat xidməti məlumat yayıb.

Zelenski və Peyçinoviç-Buriç Çerniqov yaxınlığındakı Yaqodnoe kəndinə baş çəkiblər və dağıntıları izləyiblər.