Salome Zurabişvili: Rusiya öz sərhədlərinin hara olduğunu anlamalı və həmişəlik öz sərhədlərinə qayıtmalıdır
Rusiya öz sərhədlərinin hara olduğunu anlamalı və həmişəlik öz sərhədlərinə qayıtmalıdır.
Bunu Litvada səfərdə olan Prezident Salome Zurabişvili litvalı həmkarı Gitanas Nauseda ilə birgə mətbuat konfransında deyib.
“Rusiyanın birdəfəlik olaraq öz sərhədlərinə qayıtması və digər ölkələrin, qonşularının ərazilərinin işğalına son verməsi hamının ümumi məqsədi olmalıdır”, – Zurabişvili əlavə edib.