İrakli Qaribaşvili: “Azərbaycan təkcə bizim dostumuz və qonşumuz deyil, mühüm strateji tərəfdaşımızdır”

“Azərbaycan təkcə bizim dostumuz və qonşumuz deyil, bizim mühüm strateji tərəfdaşımızdır”.

Bu fikirləri Baş nazir İrakli Qaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

“Biz uzun illər ərzində müxtəlif sahələrdə tarixi layihələri həyata keçirmişik. Bu layihələr bizim xalqları, ölkələri daha da birləşdirdi. Biz yaxşı mənada bir-birimizdən asılıyıq. Əminəm ki, bundan sonra da uzun illər belə olacaq”, – Baş nazir qeyd edib.