Baş nazir: “Ukraynadakı vəziyyəti də müzakirə etdik”
“Biz regiondakı vəziyyəti müzakirə etdik. Ukraynadakı vəziyyət də müzakirə edildi”.
Bu fikirləri Baş nazir İrakli Qaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.
“Buradakı risklər, çağırışlar mövcuddur. Elə çağırışlar ki, onlar İkinci Dünya müharibəsindən sonra mövcud deyildi. Bizim başlıca amalımız sülh və sabitliyin təmin edilməsidir. Çünki bunlar olmasa heç bir inkişaf və firavanlıqdan söhbət gedə bilməz”, – Qaribaşvili qeyd edib.