İrakli Qaribaşvili: “Heydər Əliyev Gürcüstanın nəhəng dostu olub”

“Siz bizim dostumuzsunuz. Heydər Əliyev də Gürcüstanın nəhəng dostu olub”.

Bu fikirləri Baş nazir İrakli Qaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

“Bu il Sizin ölkədə Sizin dahi atanız Heydər Əliyevin 100 illiyini qeyd edirsiniz. Siz bizim dostumuzsunuz. Heydər Əliyev də Gürcüstanın nəhəng dostu olub. Sizə və Azərbaycan xalqına sülh və sabitlik arzu edirəm”, – Baş nazir qeyd edib.