Baş nazir ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb
Baş nazir İrakli Qaribaşvili Tbilisidə səfərdə olan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonla görüşüb.
Bu barədə məlumatı Hökumət administrasiyası yayıb. Bildirilib ki, görüş zamanı tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrini və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
Qeyd edilib ki, söhbət zamanı dünyada və regiondakı təhlükəsizlik vəziyyətinə də nəzər yetirilib və bu istiqamətdə Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin Cənubi Qafqaz Dinc Qonşuluq Təşəbbüsünün önəmi vurğulanıb.
Məlumata görə, tərəflər Gürcüstanın Avropaya inteqrasiyası istiqamətində əldə etdiyi nəticələrini də müzakirə edilib.