Gürcüstan Azərbaycana avtomobil ixracını 2 dəfəyədək artırıb

2023-cü ilin yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycana 99,68 milyon ABŞ dolları dəyərində 7 348 ədəd avtomobil ixrac edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin Hesabaatında bildirilib. Qeyd olunub ki, Azərbaycana ixrac edilən avtomobillərin sayı illik ifadədə 910 ədəd və ya 14,13%, dəyəri isə 48,79 milyon dollar və ya 95,9% çoxdur.

Belə ki, 2022-ci ilin birinci rübündə Gürcüstan Azərbaycana ümumi dəyəri 50,89 milyon dollar olmaqla 6 438 ədəd avtomobil ixrac edib.