İqtisadi Şuranın iclası keçirilib – FOTO

Baş nazir İrakli Qaribaşvilinin rəhbərliyi ilə hökumət administrasiyasında İqtisadi Şuranın iclası keçirilib.

Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, ilk öncə Təhsil və elm naziri Giorgi Amilaxvari Şura üzvlərini hazırda üzərində işlənilən peşə təhsilinin inkişafı baxışı ilə tanış edib. Özəl sektorun peşəkar təhsilə fəal cəlb edilməsi üçün zəruri mexanizmlərin işlənib hazırlanmasının vacibliyini qeyd edib.

İclas iştirakçıları şəhərlərarası sərnişindaşıma sahəsində islahatları müzakirə ediblər. Bildirilib ki, islahat çərçivəsində avtovağzalların və sərnişindaşıma operatorlarının sertifikatlaşdırılması aparılacaq. Görüşdə Beynəlxalq Valyuta Fondunun açıqladığı 2022-2028-ci illər üçün proqnozlara da toxunulub.

Qeyd olunub ki, daha geniş region və Avropa ölkələri arasında Gürcüstan ortamüddətli perspektivdə – 2023-2028-ci illərdə ən yüksək iqtisadi artıma malik olacaq və bu artım orta hesabla 5,0% təşkil edəcək. Qeyd olunub ki, Gürcüstan adambaşına düşən gəlirin yaxşılaşması baxımından əhəmiyyətli irəliləyiş göstərir və daha geniş region və Avropa ölkələri arasında adambaşına gəlir artımı baxımından liderlərdən biridir. Proqnoza görə, yüksək iqtisadi artım nəticəsində ölkədə yoxsulluq azalacaq, vətəndaşların məşğulluğu və gəlirləri artacaq.