Gürcüstan əhalisinin sayı – STATİSTİKA
2023-cü il 1 yanvar tarixində Gürcüstan əhalisinin sayı 3 736 400 nəfər təşkil edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd edilib. Bildirilib ki, bu il əhalinin sayı illik müqayisədə 1,3% artıb.
Statistikaya əsasən bu ilin 1 yanvarında Gürcüstan əhalisinin 60,4%-i şəhərlərdə, ümumi əhalinin üçdə biri isə paytaxt Tbilisidə yaşayır.
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsində yaşayan əhalinin sayının isə 442,8 min nəfər olduğu qeyd edilib. Bildirilib ki, bunun 197,5 min nəfəri şəhərlərdə, 245 min nəfəri isə kəndlərdə məskunlaşıb.