Salome Zurabişvili Avropa Parlamentində çıxış edəcək
Prezident Salome Zurabişvili mayın 31-də Brüsseldə, Avropa Parlamentində çıxış edəcək.
Bu barədə məlumatı Prezident administrasiyası yayıb.
Bildirilib ki, Prezident Salome Zurabişvilinin Avropa Parlamentinə (AP) müraciət etməsi ilə bağlı razılıq əldə edilib.
Məlumata görə, Salome Zurabişvili AP Prezidenti Roberta Metzoladan bu gün rəsmi məktub qəbul edib.
Administrasiyanın məlumatına görə, Brüsselə səfərin təsdiqlənməsi məqsədilə Gürcüstan Prezidentinin məktubu bu gün hökumətə göndərilib.
Qeyd edək ki, Salome Zurabişvilinin aprelin 18-də Strasburqa səfər edərək Avropa Parlamentində çıxış etməsi planlaşdırılsa da bu, baş tutmayıb.
Prezident administrasiyası səfərin baş tutmamasını Gürcüstan hökumətinin səfərə icazə verilməsini süni şəkildə uzatması ilə əlaqələndirib.