Fransa Xarici İşlər Naziri İrakli Qaribaşvili ilə görüşüb – FOTO
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Fransanın Avropa və Xarici İşlər naziri Katrin Kolonna ilə görüşüb.
Görüşdə Gürcüstan və Fransa arasında mövcud münasibətlərə və gələcək əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatda perspektivlərinə toxunulub. Qeyd olunub ki, Gürcüstan Fransanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə güclü və fəal dəstəyini, işğal olunmuş ərazilərin tanınmaması istiqamətində göstərdiyi ən böyük səyləri yüksək qiymətləndirir.
Görüşdə Gürcüstanın Avropa İttifaqına inteqrasiya perspektivi müzakirə edilib və bu istiqamətdə Fransanın dəstəyinin vacibliyi qeyd edilib. Vurğulanıb ki, Gürcüstan Avropa dəyərlərini və maraqlarını təşviq etməkdə, eləcə də regionda təhlükəsizlik və sabitliyin təşviqi üçün konstruktiv rol oynamaqda davam edir. Bu il namizəd ölkə statusunun verilməsi prosesində Fransanın Gürcüstana dəstəyinin vacibliyi qeyd edilib.
Hökumət administrasiyasında keçirilən görüşdə FransanınGürcüstandakı səfiri Şeraz Qasri, Kontinental Avropa üzrə direktoru Frederik Mondolon, Nazirlər Kabinetinin müşaviri Adrien Frier və digər şəxslər iştirak ediblər.
Görüşdə Gürcüstan tərəfindən xarici işlər naziri İliya Darçiaşvili, hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze, Gürcüstanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Qoça Cavaxişvili iştirak ediblər.