Qardabani Kikboksing klubunun üzvləri Türkiyədə qalib olublar

Türkiyədə keçirilən beynəlxalq kikboksing yarışında iştirak edən Qardabani kikboksing klubunun bütün idmançıları qalib olublar.

Belə ki, məşqçisi Hacı Vəliyev olan Klubunun idmançıları Nihad Sofiyev, Umut Mustafayev, Kərim Vəliyev, Caner Məmmədov, Qoşqar Çobanəliyev və Elnar Vəliyev müxtəlif çəki dərəcələri üzrə rəqiblərini üstələyiblər.

Nəticədə bütün idmançılar kubokla təltif ediliblər.

Məlumat üçün onu da bildirək ki, Antalyada keçirilən yarışda ümumilikdə 12 ölkəni təmsil edən idmançılar iştirak edib.