30 aprel Gürcüstanın Müdafiə Qüvvələri günüdür – FOTO
30 aprel Gürcüstanın Müdafiə Qüvvələri günüdür.
Vazianidəki 4-cü piyada briqadasının parad meydançasında Gürcüstan ordusunun 32-ci ildönümü qeyd edilib. Rəsmi mərasim hərbi orkestrin dövlət himninin səsləndirilməsi ilə başlayıb, bu zaman toplardan təntənəli yaylım atəşi açılıb. Tədbirdən əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, parlamentin spikeri Şalva Papuaşvili, müdafiə naziri Cuanşer Burçuladze və Müdafiə Qüvvələrinin komandanı, general-mayor Giorgi Matiaşvili həlak olan döyüşçülərin xatirəsini ehtiramla yad ediblər.
Tədbirin sonunda 4-cü Piyada Briqadasında Gürcüstan və xaricdə istehsal olunan silah və texnikanın sərgisi təşkil olunub.