Baş nazir sərəncam imzaladı: Bu şəxslərə 1000 və 500 lari yardım ediləcək
Gürcüstanda faşizm üzərində qələbənin 78-ci ildönümü ilə əlaqədar hazırda sağ olan İkinci Dünya müharibəsi iştirakçılarına və müharibədə həyatını itirənlərin ailələrinə birdəfəlik maddi yardım ediləcək.
Bu barədə baş nazir İrakli Qaribaşvili sərəncam imzalayıb.
Qərara əsasən, İkinci Dünya müharibəsində iştirak etmiş və hazırda sağ olan şəxslərə 1000 lari, müharibədə iştirak edərək həyatını itirmiş şəxslərin ailə üzvlərinə isə 500 lari yardım veriləcək.
Yardımlar bölgələrdə Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin Sosial Xidmətlər Agentliyi tərəfindən, paytaxtda isə Tbilisi meriyası tərəfindən vətəndaşlara çatdırılacaq.