Dato Bukiya: Heydər Əliyevin xatirəsi qəlbimizdə daim yaşayacaq

Bu gün Gürcüstanın qərbində, Xobi bələdiyyəsinin ərazisində Azərbaycan xalqının Ümummilli Lideri, eyni zamanda, gürcü xalqının yaxın dostu Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Bu, bizim üçün çox önəmli, şərəfli və qürurverici bir tədbirdir.

RealNews AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Xobi şəhərinin meri Dato Bukiya söyləyib.

O deyib: “Bu gün bizim regiondan çox mühüm enerji və nəqliyyat xətləri keçir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin banisi məhz Heydər Əliyevdir. Bunlar, sadəcə, Azərbaycan neftinin və qazının daşınması deyil, həmçinin bizim inkişafımızın təməlini qoyan və dünyada əhəmiyyətimizi artıran layihələrdir”.

Dato Bukiya vurğulayıb ki, bu gün Gürcüstanda tarixi şəxsiyyət, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevi tanımayan yoxdur. Gürcü xalqı da Heydər Əliyevin xatirəsini daim ehtiramla anır. Onun xatirəsi qəlbimizdə əbədi yaşayacaq.