Salome Zurabişvilinin Brüsselə işgüzar səfəri başlayıb

Prezident Salome Zurabişvilinin Brüsselə gözlənilən işgüzar səfəri baş tutub.

Bu barədə məlumatı Prezident Administrasiyası yayıb.

Qeyd edilib ki, prezidenti 13 illik fasilədən sonra mayın 31-də Avropa Parlamentində çıxış edəcək.

Səfər zamanı ölkə prezidentinin Avropa Şurası Prezidenti Şarl Mişel, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və bir sıra digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.