Gürcüstanda Azərbaycana avtomobil daşıyan yük maşını aşıb

Azərbaycanda Gürcüstan vətəndaşının idarə etdiyi, xaricdə istehsal edilən minik avtomobillərini daşıyan maşın hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə dəyib.

Hadisə gecə saat 2 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd-magistral yolunun Zaqatala rayonunun Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, daha sonra maşın yolun kənarındakı çökəkliyə aşıb. Qoşquda olan minik avtomobillərinə ciddi ziyan dəyib. Elektrik dirəyinin aşması nəticəsində magistral yolun işıqlandırılmasında fasilə yaranıb.

Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.