Ukrayna müharibəsindən sonra Gürcüstana 80 min rusiyalı köçüb

Ukraynada müharibənin başlamasından sonra 80 min rusiyalı Gürcüstana köçüb.

Bunu Prezident Salome Zurabişvili Avropa Parlamentində çıxışı zamanı deyib.

Dövlət başçısı Gürcüstanın öz ərazilərinin 20%-ni işğal edən ölkənin vətəndaşlarını qəbul etməsinin ölkədəki tolerantlığı nümayiş etdirdiyini bildirib.

Bununla belə, Zurabişvili tolerantlığın eskalasiya və məyusluğa yol açmaması üçün aydın və sərt dövlət tənzimləmələri ilə müşayiət edilməli olduğunu qeyd edib.

Gürcüstan Prezidenti ölkə əhalisinin 20 faizini ermənilərin, azərbaycanlıların təşkil etdiyini əlavə edib.