Ukraynada “Gürcü Legionu”nun daha bir döyüşçüsü həlak olub
Ukraynada “Gürcü Legionu”nun daha bir döyüşçüsü həlak olub.
Həlak olan döyüşçü Zviad Qiqaninin 2022-ci ildən Ukrayana gedən döyüşlərdə iştirak etdiyi bildirilib. Məlumata görə, bununla Rusiya-Ukrayna müharibəsində həlak olan gürcü döyüşçülərin sayı 43-ə çatıb.
Məsələ ilə bağlı Gürcüstanın Ukraynadakı konsulluğunun məlumatlandırıldığı və zəruri prosedurlara başlanıldığı qeyd olunub.
Qeyd edək ki, ötən gün Ukraynada həlak olmuş daha bir gürcü döyüşçü Vaxtanq Barabadzenin nəşi Gürcüstana gətirilib. Onun aprelin 4-də Baxmutda gedən döyüşlərdə həlak olduğu bildirilib.