Şalva Papuaşvili: Gürcüstan Aİ-yə üzvlük danışıqlarına başlamaq üçün əlindən gələni edib
Gürcüstan namizəd statusu əldə etmək və Aİ-yə üzvlük danışıqlarına başlamaq məqsədilə Avropaya inteqrasiya yolunda əldə etdiyi tərəqqini nümayiş etdirmək üçün əlindən gələni edib.
Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
Spiker indi növbənin Avropa İttifaqında olduğunu əlavə edib: “Biz digər namizəd ölkələrlə müqayisə etsək, Gürcüstan eyni səviyyədə üzvlüyə layiqdir. İndi top Avropa İttifaqındadır və o, regionda öz gələcəyini necə görməsinə və Gürcüstana dair qərar qəbul etməlidir”.