Zelenski: “Ukrayna “Patriot”lar üçün növbədədir”

Ukrayna “Patriot” zenit-raket kompleksləri və raketlər ala bilmir.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Estoniya prezidenti Alar Karislə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

“Patriot”suz bunu etmək bizim üçün çətin olacaq. Məqsədimiz hədəfləri 100%-ni vurmaqdır. Bu, həqiqətən də iddialı hədəfdir, “Patriot” növbəsinə görə çox çətindir”, -deyə o bildirib.

Zelenski əlavə edib ki, “Patriot” sistemlərinin Kiyevə ötürülməsi üzrə Avropa “koalisiyası” formalaşmanın ilkin mərhələsindədir.

Ukrayna prezidenti onun yaradılması təşəbbüsünü iyunun 1-də Avropa Siyasi Birliyinin sammitində irəli sürüb.