Azərbaycanda Nikoloz Barataşvilinin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib – FOTO

Azərbaycanın Xəzər Universitetindəki “Nailə xanım” muzeyində Sazın Sözün Butası təşkilatının təşəbbüs və təşkilatçılığı ilə Gürcü şair Nikoloz Barataşvilinin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

Tədbir zamanı iştirakçılara ömrünün 27 yaşında həyatla vidalaşan nakam şairin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Barataşvilinin qısa bir ömur səlnaməsi keçdiyindən, ağır həyat yolundan danışılaraq, onun şeirləri səsləndirilib.

Sazın Sözün Butası təşkilatının sədri, şairə Səadət Buta, Gürcü və Azərbaycan xalqı arasında olan sıx əlaqələrdən, iki dövlət arasında olan dostluq, qardaşlıq münasibətindən söz açıb.