Yay turizm mövsümü açıq elan edildi…

Acarıstanda yay turizm mövsümü açıq elan edilib.

Bu barədə Milli Turizm Administrasiyasının yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, bu il Acarıstan bölgəsini 4 milyondan çox tursitin ziyarət edəcəyi gözləyir və regionda turizm sahəsi yerli və xarici qonaqları qəbul etməyə tam hazırdır.

Məlumata əsasən, 2023-cü ilin birinci rübü ilə müqayisədə Acarıstana beynəlxalq ziyarətçilərin sayı iki dəfə artıb. Müvafiq olaraq, turizm və səyahətdən əldə edilən gəlirdə də 102% artım qeydə alınıb.