İyulun 1-dən bu yardımlar artırılacaq – RƏSMİ
Cari ilin 1 iyul tarixindən etibarən, sosial cəhətdən aztəminatlı ailələrin uşaqlarına verilən sosial yardımın miqdarı 200 lariyədək artırılacaq.
Bu barədə hökumətin parlamentə təqdim etdiyi illik hesabatında bildirilib.
Qeyd edilib ki, 2022-ci ildə sosial cəhətdən aztəminatlı uşaqlara verilən yardımın miqdarı 150 lari təşkil edib. 2023-cü ilin 1 iyulundan isə bu yardım 200 lariyədək artırılacaq.
Məlumat üçün onu da bildirək ki, dövlət büdcəsindən 465 milyon larinin ayrıldığı yardımlardan ümumilikdə 232 000-dək aztəminatlı uşaq yararlanacaq.