Gürcüstan Milli Elmlər Akademiyasına yeni prezidenti seçilib
İyunun 7-də Gürcüstanın Milli Elmlər Akademiyasının (GMEA) toplantısı keçirilib. Toplantıda akademiyanın qarşısında duran məsələlər və perspektiv layihələr müzakirə olunub, təşkilatı məsələyə baxılıb.
GMEA-nın ümumi yığıncağında 2013-cü ildən akademiyanın prezident vəzifəsində çalışan Giorgi Kvesitadze səlahiyyətlərinin başa çatdığını bildirib. Sonra GMEA-nın vitse-prezidenti, tarixçi alim, ictimai xadim Roin Metreveli akademiyanın yeni prezidenti seçilib.
Qeyd edək ki, Roin Metreveli uzun müddət İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru olub. O, 1993-cü ildən GMEA-nın həqiqi üzvü seçilib, 2013-cü ildən isə vitse-prezidenti kimi çalışıb.