Gürcüstanda heyvanlar arasında quduzluq virusuna 45 yoluxma halı qeydə alınıb
Son 5 ay ərzində Gürcüstanda heyvanlar arasında quduzluq virusuna 45 yoluxma halı qeydə alınıb.
Bu ilin yanvar-may aylarında quduzluğa yoluxma halı ümumən keçən illə müqayisədə yüksəkdir.
Keçən il heyvanlar arasında quduzluğa yoluxma ilə bağlı 31 hal, 2021-ci ildə 40 hal qeydə alınıb.
Bu il Gürcüstanda quduzluğun yayılması yazın əvvəllərindən başlanıb. Bu, ənənəvi olmayan haldır, çünki adətən, quduzluğun yayılması əsasən yayda qeydə alınıb.
Bu sahədə əsas problem kimi evsiz it və pişiklərin sayının artmasıdır. Böyük şəhərlərdə müəyyən dərəcədə itlərin vaksinasiyası proqrammı yerinə yetirilir, kəndlərdə isə bu sahəyə demək olar ki, nəzarət yoxdur.