“Əziz Şuşa” beynəlxalq velosiped yarışında sonuncu mərhələ start götürüb
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışında beşinci – sonuncu mərhələ start götürüb.
Velosipedçilər Azərbaycanın Beyləqan rayonundan mübarizəyə başlayıblar.
12 komandanın 73 idmançısı Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısından Şuşa şəhərinin girişinə qədər 132,2 km məsafə qət edərək, finişə birinci çatmağa çalışacaq.
Qeyd edək ki, geridə qalan dörd mərhələdən sonra turnirə italiyalı Emanuele Ansaloni liderlik edir.