Qardabanidə iki kənddə məktəb binalarının təmiri başa çatıb – FOTO

Qardabani bələdiyyəsinin Norio və Candər kəndlərindəki ictimai məktəb binalarının təmiri başa çatıb.

Bu barədə Regional İnkişaf və İnfrastruktur nazirliyi məlumat yayıb.

Məlumata görə, köhnə məktəblərdə şagirdlər çətin şəraitdə təhsil almalı olublar. Layihənin icrası nəticəsində şagirdlər baxımlı və yaxşı təchiz olunmuş məktəb infrastrukturundan yararlanacaqlar.

Ümumilikdə 2000 şagirdin təhsil aldığı dövlət məktəbləri beynəlxalq standartlara uyğun təmir edilib.  İstilik, su, kanalizasiya sistemləri çəkilib. Məktəb binaları fiziki məhdudiyyətli şəxslər üçün tam uyğunlaşdırılıb.

default