Tbilisidə baş vermiş fəlakətdən 8 il keçir

8 il bundan öncə iyun ayının 13-də Tbilisidə baş verən fəlakətin ildönümüdür.

2015-ci ildə baş vermiş təbii fəlakət nəticəsində 21 vətəndaş həyatını itirib, 2 nəfər itkin düşüb, minlərlə şəhər sakininə maddi zərər dəyib.

Təbii fəlakət nəticəsində, Vera Çayı daşaraq yolları, körpüləri, Tbilisi zooparkını və Mziuri parkını iflic etmişdi.